Sabah Bakıda Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıqla bağlı dəyirmi masa təşkil olunacaq. QAZİLER.AZ saytı xəbər verir ki, Trend-in məlumatına əsasən, bu barədə Bakıda səfərdə olan Rusiya nümayəndə heyətinin mətbuat katibi Andrey Fadeyev deyib.
Tədbirdə azərbaycanlı və rusiyalı deputatlar, ekspertlər iştirak edəcəklər.
Dəyirmi masa çərçivəsində iştirakçılar Rusiya-Azərbaycan münasibətləri, həmçinin parlamentlərarası ekspert əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edəcəklər.