Azərbaycanlı 44 min maska ​​alıb yerli sakinlərə pulsuz payladı

Azərbaycanlı 44 min maska ​​alıb yerli sakinlərə pulsuz payladı backend

Rusiyada azərbaycanlı şəxs 44 min maska alaraq pulsuz paylayıb.

Qazilər.az xəbər verir ki, Rusiyanın Orenburq vilayətinin Qay şəhərində azərbaycanlı sahibkar İlyas Məmmədov öz hesabına sakinlər üçün 44 min qoruyucu maska alıb.

Day.Az xəbər verir ki, hazırda həmyerlimizin aldığı həmin maskaların sakinlər arasında pulsuz paylanılması həyata keçirilir.

İ.Məmmədov hamını karantin şərtlərinə riayət etməyə, tibbi maskalardan istifadə etməyə, əllərini tez-tez sabunla yumağa çağırıb.