“Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”.
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib.R. Nurullayev bildirib ki, hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq:
"Eyni zamanda kreditlərin də dondurulmasına ehtiyac var".