Vətəndaşların sosial müdafiəsi ilə bağlı Nazirlikdən AÇIQLAMA

Vətəndaşların sosial müdafiəsi ilə bağlı Nazirlikdən AÇIQLAMA backend

Xahiş edirəm ki, KİV-lər hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmasın.

Bunu Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, vətəndaşlara minimum əmək haqqı məbləğində yardım ediləcəyi faktı hələ ki təsdiqlənməyib:

“Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlarla baglı bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb. Bu məsələlərə kompleks yanaşılacaq. Həm sahibkarların, həm də vətəndaşların məşğulluq məsələləri barədə Təkliflər aidiyyəti üzrə təqdim olunub. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Hazırda mətbuatda yazılan məlumatlar dezinformasiyadır, vətəndaşları çaşdırmaq məqsədi daşıyır”.

Xatırladaq ki, martın 29-da bəzi KİV-lərdə Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq hər ailə üçün 250 AZN məbləğində yardımın nəzərdə tutulduğuna dair məlumatlar yer alıb.