Multikulturalizm Mərkəzi Qubada mühazirə keçirib

Multikulturalizm Mərkəzi Qubada mühazirə keçirib backend

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Qubada “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirib.

QAZİLER.AZ saytı xəbər verir ki, Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayonun gəncləri və ziyalıları iştirak edib.

Mərkəzin analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə tədbir iştirakçılarına multikulturalizm dəyərləri, bunun müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında məlumat verib. N.Qasımzadə bu tədbirdə Azərbaycan hökumətinin multikultural siyasəti, Azərbaycanın multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərinə diqqət çəkərək dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb.

Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində reallaşıb.
Diaspora