Mübariz Mənsimovdan Ərdoğana MÜRACİƏT: “Bu, sizin və mənim düşmənlərimizi sevindirəcək”

Mübariz Mənsimovdan Ərdoğana MÜRACİƏT:  “Bu, sizin və mənim düşmənlərimizi sevindirəcək” backend

“Palmali” şirkətlər qrupunun Prezidenti Mübariz Mənsimov həbsinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və nazirlərə müraciət edib.

Qaziler.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident və hörmətli nazirlər. 14 gündür heç bir günahım olmadığı halda həbsdəyəm. Bir il əvvəl 81 və 84 yaşlı valideynlərimi xəstə olduqları üçün Azərbaycandan Türkiyəyə yanıma gətirmişəm. Bütün dünyanı bürüyən və ölkəmizə də təsir edən koronavirusa görə, evdə valideynlərimə kömək edəcək heç kim yoxdur.
Onlar koronavirus səbəbindən mənim ölkə xaricində olduğumu düşünürlər. Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız. Şərəfsiz FETÖ və bunun kimi heç bir təşkilatla əlaqəm olmayıb, ola bilməz. Mən günahkar deyiləm və sizdən xahişim budur ki, günahsız olduğum təsdiqlənənə kimi həbsim ev dustaqlığına çevrilsin. Özümdən çox valideynlərimi düşünürəm. Məni başa düşəcəyinizə əminəm. Bütün şirkətlərimin mərkəzi Türkiyədədir və inanın, şirkətimə ziyan dəyməsi sizin və mənim düşmənlərimizi sevindirəcək.

Hörmətlə, Mübariz Qurbanoğlu”.