Vergilər Nazirliyi tapşırığa 101,6 faiz əməl edib

Vergilər Nazirliyi tapşırığa 101,6 faiz əməl edib backend

2015-ci ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,6 faiz əməl edilib.



Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 905 milyon 879,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz çoxdur.

Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 66,9 faiz təşkil edir.
Diaspora