Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu qəbul edib.
QAZİLER.AZ saytı xəbər verir ki, XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin müxtəlif aspektləri və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə vurğulandı və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi qeyd olundu.
E.Məmmədyarov regionda hərtərəfli inkişafa və inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə işğalçı Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi