Azərbaycanda karantinə alınmış tələbə yaradılmış şəraitdən danışdı

Azərbaycanda karantinə alınmış tələbə yaradılmış şəraitdən danışdı backend

Yaranmış şəraitlə əlaqədar çox insanların ürəyində koronavirus qorxusu yer alıb.

Bu mənada ölkədə alınan tədbirlər təqdirəlayiqdir. Amma nədənsə bir çoxları karantin sözündən çəkinməyə, karantinə alınmağın qorxunc bir şey olduğunu da düşünməyə başlayıb. Bu da yəqin dayanmadan eşidilən xəbərlər, virusun qorxunc statistikasından irəli gəlir. Əslində isə karantin heç də qorxunc olmayıb iki həftəlik istirahət kimi düşünülə bilər. İtaliyadan təxliyə edilərək, Qubadakı otellərdən birində karantində və adının çəkilməsini istəməyən azərbaycanlı tələbə Bizimyol.info-ya belə deyir:

“Burda hərəmizi bir otağa yerləşdiriblər. Çox rahat və səliqəli otel otaqlarıdır. Gündə bir dəfə yataq üzləri dəyişdirilir, 3 dəfə yemək verilir.

Səhərlər bal qaymaq, yoqurt mütləq təqdim olunur. Gündəlik rasiona meyvə və meyvə şirəsi daxil edilib. Bayram günü səhər, günorta və axşam paxlava şəkərbura da yedik. Özləri diş fırası,şampun da daxil olmaqla hər cür təmizlik vasitələri ilə təmin ediblər. Evdən heç bir şey gətirmək olmaz , icazə verilmir. Amma çox vacibdirsə pul veririk, nəyisə mağazadan alıb gətirə bilərlər. Otaqlarımıza qoruyucu geyim və maskalarla daxil olurlar, bizim otaqdan çıxmağmıza icazə yoxdur. Televizor, internet vasitəsi ilə hər yerdən xəbərdar oluruq.Xəstə deyilik. Gündə bir neçə dəfə temperaturumuzu yoxlayırlar. Testlərin cavabı 6 saat ərzində hazır olur. Azərbaycanda testlər əsasən karantində olan şübhəli şəxslər üzərində aparılır. Əgər karantində olan şəxslərdə üç gün fərqlə iki dəfə neqativ cavab çıxırsa, karantinin müddəti bitən zaman onlar evə buraxılırlar.

Xəstə deyilik, ehtiyat tədbirlərinin alınmasına sevinirəm, ən azından qayıtdıqdan sonra “doğmalarıma bulaşdırdımmı?” deyə bir şübhənin içində əziyyət çəkməyəcəm” deyən tələbə bildirib ki, Azərbaycana qayıtmasından və karantinə alınmasından ailəsinin xəbəri yoxdur. Onları narahat etməmək üçün məlumat verməyib.

Karantin altında saxlanılan şəxslər boşalmış otellərə yerləşdirilirlər.
Diaspora