Koronavirusdan qorunmaqla bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev öz təkliflərini sosial şəbəkədə paylaşıb.
Axar.az F.Mehdiyevin təkliflərinin lazımlı olacağını nəzərə alaraq, təqdim edir:Deyək ki, evdə oturusunuz, zəruri halda çıxanda isə maska taxıb əllərinizi də spirtləyirsiniz. Bununla belə, əlinizə virus keçəcək yerlər buralardır:
1. Marketdə alış-verişdə pul
2. Bayırdan gələrkən əyninizdəki paltarınız, ayaqqabı altı
3. Alış-verişlə evinizə gətirdiyiniz əşyalar, məsələn, makaron paketi (sizdən əvvəl xəstəinsan toxunmuş ola bilər).
Buna qarşı görə biləcəyiniz bəzi tədbirlər bunlardır:
1. Hansısa spreyli qutunu boşaldın və onun içində 85% spirt gəzdirin. 95% spirt 10 saniyəyə virusları öldürsə də, o, tez buxarlanır və effekti azalır, gərək 5 saniyə ara ilə vurasınız. Bayıra çıxdıqda toxunacağınız bütün səthləri bununla spreyləməlisiniz;
2. Pul əvəzinə kart. Onu da satıcıya vermədən işlədin, vayfaylı olsa, lap əla. Nağd pulu isə “zipli” bir paketdə gəzdirib (hava limanında istifadə olunurr) satıcıya ordan götürməyi təklif edə bilərsiniz. Mən nağd pulu konket cibimdə gəzdirirəm, onu ora qoyduqdan dərhal sonra əllərimi spirtləyirəm;
3. Bayırdan gələrkən paltarlarınızı ayrı yerdə asın, həmin qarderobun qulpunu tez tez spirtləyin. Ayaqqabı olan yeri də H2O2 perekis ilə, ya da tualet təmizləyiciləri ilə silin. Blokda toxunduğunuz yerləri spirtləyin, avtomobildə də;
4. Müştərilərin əllərini girişdə dezinfeksiya etməyən və satıcının yanında dezinfektant olmayan marketlərə getməyin. Ordakı arabaların tutacaqlarını spirtləyin. Alacağınız hər şey sellofanda olsun - tomat, lobya, mərci, çörək kimi. Meyvə və tərəvəzləri 5%-lik alma sirkəsinin məhlulunda 10 dəqiqə saxlayın, onları həmin sudan çıxarmadan əvvəl əlləriniz dezinfeksiya edin. Aldıqlarınız paketlənmiş məhsulları da istifadədən əvvəl azı bir gün balkonda təmiz havanın dəydiyi yerdə saxlayın, saxlanca qoymadan əvvəl onları spirtləyin və ya H2O2 ilə silin.
Çalışın, azı 1 həftəlik alış-verişinizi edin, marketlərə gedişlərinizi minimallaşdırın.