“Azərbaycan millisinin son oyunlarına baxmışıq. Topu özlərində saxlamağı bacarırlar. Çox gözəl texnikaya malikdirlər. Rəqibimizin özünəmxsus oyun sistemi var. Ancaq onlarda müəyyən boşluqlar da aşkar etmişik”.
QAZİLER.AZ saytı Qol.Az-a istinadən məlumat verir ki, bu sözləri Norveç millisinin kapitanı Per-Silian Skelbred “Avro-2016”nın seçmə mərhələsində yığmamızla sabah keçiriləcək görüş haqda danışarkən deyib.“Herta”nın 27 yaşlı yarışmmüdafiəçisi bildirib ki, millimiz haqda kifayət qədər məlumatlı olsalar da, sabahkı görüş haqda praqnoz vermək çətindir:
“Bunu deməyə çətinlik çəkirəm. Əgər onlar ötən il Bakıda keçirdiyimiz qarşılaşmadakı kimi oynasalar, deməli, bizim günümüz olacaq. Ancaq oyunları alınsa, bizə çətin anlar yaşada bilərlər. Rəqibimizin oyun sistemindəki dəyişiklikləri görürük. Onlar indi daha çox hücuma atılırlar. Bu da bizə sərf edir. Ümumiyyətlə, hər iki komandanı yalnız qələbə qane etdiyi üçün maraqlı qarşılaşma gözlənilir”.
Xatırladaq ki, sabah keçiriləcək Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.