Koronavirusla bağlı yalan paylaşımlar etməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Koronavirusla bağlı yalan paylaşımlar etməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı backend

Martın 11-dən indiyədək Türkiyədə sosial şəbəkələrdə yeni koronavirusla (COVID-19) bağlı həqiqətə uyğun olmayan təxribat xarakterli paylaşımlar etməkdə şübhəli bilinən 242 nəfərdən 64-ü saxlanılıb.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.