Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.
QAZİLER. AZ saytının AzərTac-a istinadən məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Oman Sultanlığının idman işləri nazirini Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.