Qarabağ qazilərindən Mübariz Mənsimova dəstək - YANINDAYIQ

Qarabağ qazilərindən Mübariz Mənsimova dəstək - YANINDAYIQ backend

"Qarabağ qaziləri" birliyi Palmali Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun müdafiəsinə qalxıb.

Qazilər.az xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu şəxsi feysbuk hesabında paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

"Biz Qarabağ qaziləri Azərbaycanlı iş adamı Mübariz Mənsimovun günhasız olduğuna inanırıq! Həmişə vətənpərvərliyi ilə seçilən, Şəhid ailələrinə və qazilərimizə qayğı, diqqət göstərmiş Mübariz bəyi bu çətin günlərdə dəstəkləyir və onun yanında olduğumuzu bəyan edirik!

İnşallah, ədalət zəfər çalacaq!

Allah Azərbaycanımızı və Türkiyəmizi qorusun! Amin!"