Dövlət Komitəsindən APA-ya bildirilib ki, Baş Nazir Əli Əsədov tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə ünvanladığı məktubda qeyd olunan tapşırıqları əsas götürərək Komitənin 60 yaşdan yuxarı olan işçiləri, azyaşlı övladı olan əməkdaşlarının məsafəli şəkildə fəaliyyəti təmin edilib. Bundan əlavə vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbulu, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əməkdaşların hazırlanmış siyahı üzrə növbəli iş rejimində çalışması üçün lazımi tədbirlər görülüb.
Vətəndaşlardan təcili müraciətlər zamanı (012) 493-58-72 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.