Virusa görə işə çıxmayanların maaşı necə veriləcək?

Virusa görə işə çıxmayanların maaşı necə veriləcək? backend

Koronavirus infeksiyası ilə əlaqədar xaricdən ölkəyə daxil olan, özündə narahatlıq hiss edən, durumunda şübhəli vəziyyət olan hər kəs 14 günlük karantinə alınır. Bu müddət ərzində həmin şəxs işdən ən az 14 gün uzaq düşmüş olur. Bu da işçi ilə işəgötürən arasında müəyyən problem yaradır.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, koronavirusun yayıldığı müddətdə əmək münasibətlərini tənzimləmək üçün Operativ Qərargah ayrıca qərar qəbul edərsə, bu mövzunun mübahisələndirilməsinin qarşısını birdəfəlik almış olar

“Nazirlər Kabinetinin Operativ Qərargahı əmək münasibətləri ilə bağlı qərar çıxarmalıdır. Çünki hazırda əmək münasibətlərində boşluq yaranıb. İnfeksiya ilə əlaqədar yaranmış durumdan sui-stifadə edənlər də ola bilər. Həmçinin işəgötürənlər də karantin müddətində saxlanılan işçinin əmək haqqını kəsə bilər.

Əmək Məcəlləsinin 169-cu müddəsinə görə, boş dayanma işçinin təqsiri olmadan baş verirsə, maaş tam ödənilir. Əgər boşdayanma, işdən yayınma işçisinin öz təqsiri üzündən baş verirsə, bu zaman ara verdiyi günlərin haqqı ona ödənilmir”.

S.Vəkilov bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınan şəxslər həkim nəzarətində olduğuna görə xəstəliklə əlaqədar müvəqqəti olaraq işdən azad olunur:

“Xəstəxana bununla bağlı arayış təqdim etməlidir. Xəstənin xəstəlik müddəti bulletenə əlavə edilə bilər. O, həmin müddətdə üzrlü sayılacaq. Bu, onun əmək haqqına təsir etməməlidir. Çünki şəxs öz təqsiri üzündən işdən yayınmayıb. Koronavirus infeksiyasına görə karantinə alınan şəxsin işdən yayınması onun təqsiri ucbatından baş vermir. Ancaq istənilən halda, hesab edirəm ki, Operativ Qərargah koronavirus infeksiyası ilə bağlı elan edilmiş xüsusi rejim dövründə əmək münasibətləri ilə bağlı qərar qəbul edərsə, bu mövzu buir daha mübahisələndirilməz”.