Əfqan Muxtarlı azadlığa buraxılıb

Əfqan Muxtarlı azadlığa buraxılıb backend

Həbsdə olan jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb.

APA-nın məlumatına görə, bu barədə Müsavat başqanı Arif Hacılı "Facebook"da məlumat paylaşıb.

Qeyd edək ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.

Jurnalist Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib.