“Bizim hər birimizin toxunulmazlığı var, amma koronavirusdan toxunulmazlıq imkanımız yoxdur”.
Milli Məclisin vitse-spikeri Adil Əliyev bu fikirləri parlamentdəki müzakirələr zamanı söylədi. O İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə münasibəti zamanı bldirdi ki, qaydaları sərtləşdirməkdə məqsəd insanların sağlamlığını qorumaqdır.Vitse-spiker kişilərin öpüşməmək məsələsində də böyük təbliğata ehtiyac olduğunu bildirdi: “Fürsətdən istifadə edib Azərbaycanda kişilərin öpüşməsinin qarşısını almaq üçün təbliğatın aparılması təklif edirəm”.
Musavat.com