Gürcüstanda ilk koronavirusa yoluxma kimi qeydə alınan 55 yaşlı azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb.
Trend-in məlumatına görə, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib.Məlumatda bildirilib ki, onun təkrar testlərinin cavabı mənfi olub və o, evə buraxılıb.
Həmin şəxsə bir həftə müddətində ev şəraitində qalaraq özünü təcrid etməsi tövsiyə edilib.
Qeyd edək ki, azərbaycanlı vətəndaşa koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.