Bu ilin yanvar-may aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi artıb.
QAZİLER.AZ saytı xəbər verir ki, İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin beş ayında bu göstərici əvvəlki ilin beş ayına nisbətən 1,9 dəfə artaraq 4,9 milyon manat təşkil edib.Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8%-ni hüquqi şəxslərin, 7,2%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb.
Elektron ticarət dövriyyəsinin 96,5%-ni qeyri-ərzaq malları təşkil edib.