Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun və Rusiya Azərbaycanlıları İttifaqının prezidenti, iş adamı Füzuli Məmmədov bir neçə gün əvvəl yol-nəqliyyat qəzası nəticəsində ağır xəsarətlər alan jurnalist, müharibə veteranı Sənan Həsənoğluna zəng edib.
Bunu Qaziler.az saytının əməkdaşı ilə söhbətində S.Həsənoğlu deyib:“Qəzaya düşəndən sonra hörmətli Füzuli Məmmədov mənə zəng etdi. Səhhətimlə maraqlandı. Lazım olacağı təqdirdə istənilən köməkliyi göstərməyə hazır olduğunu söylədi. Mən də öz növbəmdə Füzuli müəllimə diqqət və sayğısına görə minnətdarlıq etdim. Böyük jest etdi, çox sağ olsun!”
Xatırladaq ki, jurnalist 12 martda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“Qarabağ qaziləri” birliyi olaraq Sənan Həsənoğuluna Allahdan şəfa diləyir, ona tez sağalıb ayağa durmağı arzulayırıq!
QAZİLER.AZ
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
