Ramzan Kadırov koronavirus haqda: "Tələsməyin, onsuz da öləcəksiniz, sarımsaq yeyin..."

Ramzan Kadırov koronavirus haqda: "Tələsməyin, onsuz da öləcəksiniz, sarımsaq yeyin..." backend

Çeçenistan lideri Ramzan Kadırov koronavirusu çox da dərd etməməyi, balla limonu qarışdırıb içməyi tövsiyə edir

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Çeçenistan prezidenti də dünyanı qorxuya salan koronavirusdan danışıb. Şənbə günü keçirilən toplantıların birində bu xəstəlikdən danışan 43 yaşlı çeçen lider təhlükənin həddən artıq şişirdildiyini iddia edir:

"Çində bir xəstəlik yarandı deyə insanların yuxusu qaçıb. Virusun gəlib onları tapacağından və ölməkdən qorxurlar. Tələsməyin, onsuz da öləcəksiniz. Siz vaxtından əvvəl ölməməyə çalışın. bu xəstəlik qrip kimidir: sağlam insanlar öhdəsindən gələcək, sağlam olmayanlar yox".

2007-ci ildən Çeçenistan dövlət başçısı olan Kadırov buna etinasız olmamağı da tövsiyə edib: "Limonu bal və su ilə qarışdırıb için. O zaman virus sizə yaxın gəlməz. Sarımsaq yeyin".