Koronavirusa görə qadağalara əməl etməyən obyektlər bağlanacaq - RƏSMİ

Koronavirusa görə qadağalara əməl etməyən obyektlər bağlanacaq - RƏSMİ backend

Azərbaycanda koronavirusa görə tətbiq edilən qadağalara riayət etməyənlər cərimə olunacaq.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qadağalara məhəl qoymayan obyektlər bağlanacaq:

"Burada qadağaların pozulması insanların həyatını təhlükəyə ata bilər. Qadağalara Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər Ticarət Departamenti və Daxili İşlər Nazirliyi nəzarət edəcək


Vətəndaşlar qadağa əməl etməyən obyektlərlə bağlı bizi məlumatlandırmalıdır".