Bu gecədən Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyətində dəyişiklik edilir

Bu gecədən Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyətində dəyişiklik edilir backend

Bu gecə saat 00:00-dan etibarən bir ay müddətində Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyəti xüsusi qaydada tənzimlənəcək.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir.

Aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində isə dəyişiklik olmayacaq.