DOST mərkəzlərində koronavirus təhlükəsinə qarşı kompleks profilaktik tədbirlər görülür
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasınınqarşısının alınmasına dair fəaliyyət planı”nın icrası istiqamətində Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı (Yasamal, Səbail)
və 2 saylı (Xəzər, Pirallahı) Bakı DOST mərkəzlərində kompleks profilaktik tədbirlər
görülür.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, inzibati binaların döşəmələri, qapı dəstəkləri və digər təmas səthləri hər gün bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.
1 saylı Bakı DOST mərkəzi gün ərzində orta hesabla 450, 2 saylı Bakı DOST
mərkəzi isə 170 vətəndaşa xidmət göstərir.
Mərkəzlərdə dezinfeksiya işləri aparılmaqla, əməkdaşların və xidmət üçün
müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə kompleks profilaktik tədbirlər görülür.