Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində “Bakı Metropoliteni” QSC-də daha bir yenilik edilib.
QAZİLER.AZ saytı xəbər verir ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, bu gündən etibarən metroda anonslar dəyişdirilib. Oyunların keçiriləcəyi müddətdə paytaxta gələcək qonaqları nəzərə alaraq anonslar həm də ingiliscə səsləndirilir.