Tələbənin koronavirusdan ölməsini yayan AzTU tələbələrinə XƏBƏRDARLIQ

Tələbənin koronavirusdan ölməsini yayan AzTU tələbələrinə XƏBƏRDARLIQ backend

Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi koronavirusla bağlı şayiə yayan tələbələrə ciddi xəbərdarlıq edib.

Qaziler.az xəbər verir ki, bu barədə Trend-ə AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat verib.

Onun sözlərinə görə, universitet rəhbərliyi tərəfindən həmin tələbələrə ciddi xəbərdarlıq olunub:

"Tədris başlayanda bir daha belə bir halın yaşanmaması üçün xəbərdarlıq ediləcək, eyni zamanda təlim-tərbiyə işinə nəzarət gücləndiriləcək".

Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Faiq Həsənov tələbə yoldaşı Eyvaz Cəfərovun koronavirusdan ölməsi barədə məlumat yayıb.

Tələbələrin zarafatlaşması ictimaiyyət arasında ciddi başa düşülüb və böyük rezonansa səbəb olub.