Təhlükəsiz və inklüziv idmanı təşviq etmək üçün UNICEF və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən birgə basketbol oyunları təşkil edilib.
APA TV-nin məlumatına görə, UNICEF-in milli səfiri və ABŞ Milli Basketbol Assosiasiyasının oyunçusu Xose Manuel Kalderon azərbaycanlı oğlan və qızlara təlimlər keçib. Bakı Milli Basketbol Arenasında təşkil edilən treninqə 15 azərbaycanlı uşaq qatılıb.Treninqlərin keçirilməsində məqsəd Azərbaycanda və bütün dünyada uşaqların əylənməsinə, tam potensiala malik şəkildə inkişaf etməsinə, öz uşaqlıq dövrlərinə uyğun yaşamalarına kömək etməkdir. Bu, xüsusilə də qızlar və əlilliyi olan uşaqların timsalında iştirak etməkdə çətinliklə üzləşənlər üçün vacib hesab edilir.
Qeyd edək ki, Xose Manuel Kalderon UNİCEF-in milli səfiri tituluna 2009-cu ildə İspaniyada layiq görülüb. O, UNİCEF-i uşaq hüquqları ilə bağlı maariflənmə işləri aparmaqla dəstəkləyir.