"Bakı Metropoliteni" I Avropa Oyunlarına dair daha bir qərar qəbul edib. QAZİLER.AZ saytı xəbər verir ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, qəbul edilən son qərara əsasən, Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.
Qərar iyunun 12-dən 28-dək qüvvədə olacaq.Qeyd edək ki, daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.