“İnsan Hüquqları günü” ilə bağlı görüşlər keçirib

“İnsan Hüquqları günü” ilə bağlı görüşlər keçirib backend

AMEA Fəlsəfə və Hüquq İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən bilgiyə görə, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları “İnsan Hüquqları günü” ilə bağlı görüşlər keçirib. Məlum olduğu kimi 18 iyun ölkəmizdə Milli İnsan Hüquqları günü kimi qeyd edilir. Bu münasibətlə, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüququ və mülki proses” şöbəsinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.06.2007-ci il tarixli sərəncamına uyğun olaraq “İnsan Hüquqları günü” ilə əlaqədar olaraq respublikamızın müxtəlif bölgələrində əhali ilə görüşlər keçiriblər. Görüş zamanı institut əməkdaşları Azərbaycanda insan hüquqlarının qorunmasına yüksək diqqətin göstərilməsi, müstəqillik dövründə insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunan irəliləyişlər, eyni zamanda ölkədə hər bir kəs üçün bərabər imkanların yaradılması və hüquqların təmin edilməsi barəsində çıxışlar ediblər.

Həmçinin Lənkəran, Cəliabad, Biləsuvar, Salyan, Xaçmaz, Quba, Şabran, İsmayıllı, Abşeron və Bakı şəhərinin Qarabağ və Binəqədi rayonlarının əhalisinin müxtəlif təbəqələri ilə 15 görüş keçirən institut əməkdaşları əhalini maraqlandıran problemlər və sualları cavablandırıblar.

Qeyd edək ki, görüşlərin təşkilində məqsəd Azərbaycanda insan haqları sahəsinə xüsusi önəm verilməsini dünyaya nümayiş etdirmək və bu günün ölkəmizdə də geniş qeyd olunmasını ənənəyə çevirməkdən ibarətdir.
Diaspora