DSX Azərbaycanın son illərdə quru və dəniz sərhədlərinin mühafizəsi sahəsində böyük nailiyyətlər əldə etmişdi və bu nailiyyətlərin davamı olaraq 2018-ci ilin sonlarında dövlət başçısı tərəfindən qərara alındı ki, Azərbaycan-Ermənistan sərhəd xəttinin müəyyən hissələri Sərhəd Qoşunlarının mühafizəsinə verilsin.
Beləcə, Azərbaycan-Ermənistan sərhəddinin Qazax-Ağstafa rayonları istiqamətində, Müdafiə Nazirliyinin tabeliyində xidmət aparan hərbi hissənin dislokasiya yeri dəyişdirildi, ərazinin müdafiəsi və mühafizəsi DSX-ya tapşırıldı.Bizimyol.info xəbər verir ki, artıq 1 ildən artıqdır ki, ərazidə DSX-nın Qazax Əlahiddə sərhəd diviziyası döyüş növbətçiliyi aparır. Müdafiə Nazirliyindən fərqli olaraq DSX həmin ərazinin təkcə müdafiəsini yox, eyni zamanda həm də mühafizəsini təşkil edir. DSX bu gün sırf sərhəd mühafizəsi üçün deyil, eyni zamanda müdafiə üçün bir çox aparıcı ölkələrin ordularının arsenalına daxil olmayan silahlarla da təchiz olunub. Məsələn, aprel döyüşlərində DSX “Harop”-gəzən sursatlarının atışı ilə vurduğu zərbə döyüşlərin taleyini dəyişdi. Son ayda DSX-da xidmət edən hərbçilərimizin ölüm xəbəri isə ürəkləri yandırmaqla yanaşı müxtəlif iddiaların səslənməsinə də səbəb oldu.Bir çoxları sərhədi DSX-nın qorumasını xətalı addım kimi qiymətləndirdi. Bəs əslində vəziyyət həqiqətən necədir?. Sualımıza hərbi ekspert Tərlan Eyvazov cavab verir:
“Son günlər, iki igid kimi balamızın Qazax istiqamətində, düşmənlə sərhəddə, öz vəzifə borclarını yerinə yetirərkən mənfur düsmən tərəfindən şəhid edilməsi, bütün ictimaiyyətimizi haqlı olaraq hiddətləndirmiş, səbrimizi daşırmisdir. Təbii ki, hər birimiz sərhədçi balalarımızın yaxınlarının, yoldaşlarının dərdinə şərik olub, bacardıģımızı etməyə calişır, bunun hamımızın mənəvi borcu sayırıq. Amma bu haqlı emosiyaların içində, bəzi yalanci vətənşüvənlərin, məqamdan yarınmaq istəyənlərin kəmfürsətçilliyi gözdən yayınmır. Kimisi aidiyyatı orqanlara aģıl verir, kimisi orada DSX-nın yox, ordunun durmalı olduģunu yazir, kimisə SQ-nın səxsi heyyətinin peşəkarlardan təskil edilməli olduģunu bəyan edir.
Hələ ötən il, DSX həmin rayonda MN-nin hissələrini əvəz edəkən bunun vacib olduģunu, bütün peşakar, tanınmış hərbiçilər söylməşdilər. Hətta iqtidara ən muxalif şəxslərdən olan polkovnik Isa Sadıqov, bu tədbirin vacib olduģunu demiş, bu addımın gec atilıdıģı ücün hakimiyyəti kəskin tənqid etmişdi. Mənim də istirakımla bir necə ehtiyatda olan hərbiçi zabitlərin, yazarların olduģu qrup, DSX rəhbərliyinin dəvəti ilə, Ermənistan sərhəddindəki "Baybakar" yuksekliyi, həmçinin Gürcüstan sərhəddindəki məlum "Kesikci daģ" zastavasına getmiş, yerli relyef, operativ səraitlə tanıs olmuş, həmcinin sərhəddə xidmət cəkən hərbiçilərlə görüslər keçirmisdik. Butun qrup üzvləri, aldıqları musbət təəsürat və məlumatı sosial səbəkə və mətbuat vasitəsi ilə sizlərlə bölusmüsdülər. Nəticəni təkrar edirəm: DSX, Milli Ordumuzdan təhvil aldıqları postları, bloklari, səngərləri bir sözlə muhəndis istehkam qurģularinı daha müasir üslubda yenidən qurmuş, onları doyüş üçun daha uyģun, daha operativ hala gətirmisdir! Xidmətin düsmən həmləsinin qarşını almaģa yetərincə, hələ daha artıq qüvvəsi, imkanı vardir!
Indi isə Qazaxın məlum, əvvəllər düsmən tərfindən isģal edilmis, Qusçu Ayrim kəndi və digər bu istiqametindəki mövqələrimizin, "Baybakar" yuksekliyində olduģu kimi möhkəmləndirilməsi, daha müasir tələblərə uyģun qurulmasi prosesi gedir. Burada olan mövqelerimiz düşmənə nisbətən daha əlverissiz və asaģıdadir. Təəsif ki, məlum səbəbdən görulən işlər barədə tam məlumat vermək imkanımız yoxdur. Amma tezliklə sevindiri xəbərlər eşitmək ümidindəyik.
Yetər ki, hərbicilərimizə dəstək olaq! Araqarışdıran, geydirmə analitiklərin, geydirmə yazılarına uymayaq. Düsmənin əsas məqsədi, burada təxribat törətmək, bunu üzv olduģu KTMT səviyyəsinə qaldırmaq, özünün dövlət sərhəddinin pozulmasi bəhanəsi ilə, Moskvanı bu isə cəlb etməkdir! Məhz ona görə də snayperlərini cəbhə xəttinin digər mövqelərindən çəkib buraya yönləndirib.
Tam səmimiyətlə bildirirəm ki, əgər xidmətin öz hərbicilərini nahaqdan güdaza verdiyini bilsəm, bunu acıq deməkdən cəkinməzdim. Amma bu belə deyil, dəqiq belə deyil. Olmur əzizlərim, mustəqilliyin, dövlətciliyin qorunması, isģal edilən torpaqların azad edilməsi, qurbansız olmur... cox təəsuf, mətəəsuf ki, bu bizim və balalarımızın taleyinə yazıldı. Onun nəvələrimizin taleyinə yazılmaması üçün çabalar, səylər göstərmək boynumuzun borcudur...
Allah bunu bizə nəsib etsin!”,- deyə hərbi ekspert qeyd edib.