Bu gün Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və icra aparatı işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri şəhid analarının ziyarətində olub, hədiyyələr təqdim edərək bayramlarını təbrik ediblər.
Pravda.az-ın xəbərinə görə, şəhid ailələri ilə görüş zamanı sakinlərlə fərdi söhbət aparılaraq, onları narahat edən məsələlər dinlənilib, aidiyyəti üzrə problemin həllinə dair göstərişlər verilmiş və araşdırılması üçün qeydlər aparılmışdır.Mirhəsən Seyidov 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Neftçala rayonunun ən yaşlı xanımı olan 123 yaşlı Sona Səmədovanı da ziyarət edib.