Qayınanasını öldürməkdə ittiham edilən gəlinin işi - xüsusi amansızlıqla törədilib

Qayınanasını öldürməkdə ittiham edilən gəlinin işi - xüsusi amansızlıqla törədilib backend

Bakıda qayınanasını qətlə yetirməkdə təqsirli bilinən qadın hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Mədinə Qreçnevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər.

Ailənin gəlini Mədinə Qreçnevanın evdə olmaması polisdə onun öldürərək qaçması şübhəsini yardıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb.

Mədinə Qreçneva cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini vurğulayıb.

Münaqişəsi zəminində gəlin qayınanasının başına butulka ilə vuraraq öldürüb.

İstintaq orqanı tərəfindən Mədinə Qreçnevanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Musavat.com