Putin Nazarbayevə zəng etdi: Ərdoğanla görüş...

Putin Nazarbayevə zəng etdi: Ərdoğanla görüş... backend

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu məlumatı Qazaxıstanın eks-prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu Rusiya-Türkiyə arasındakı Suriya ilə bağlı danışıqlar olub.

Telefon danışığı zamanı gələcək görüşlərin qrafiki də müzakirə edilib.