İŞİD terror qruplaşmasında partlayıcı qurğuların istehsalına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş verən partlayış nəticəsində ölüb. APA TV-nin məlumatına görə, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.
“İŞİD-in tanınmış əmiri Əbu Hişam əş-Şişani və onun bir neçə silahdaşı yerləşdikləri düşərgədə partlayıcı qurğular istehsal edərkən baş vermiş partlayış nəticəsində ölüblər”, - deyə məlumatda bildirilir.Qeyd edək ki, ötən gün İŞİD-in daha bir çeçen əsilli lideri Əbu Şamil əş-Şişani İraqın Beyci şəhəri yaxınlığında məhv edilib.