Əli Abbasov yeni vəzifəyə təyin olundu

Əli Abbasov yeni vəzifəyə təyin olundu backend

Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilib.

Bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.

R.Mehdiyevin digər əmri ilə “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə, AMEA-nın müşaviri, akademik Əli Abbasov təyin edilib.

Akademiyadan "Report"a bildirilib ki, E.Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Report