Türkiyəli nazirə sui-qəsd planı deşifrə oldu

Türkiyəli nazirə sui-qəsd planı deşifrə oldu backend

PKK terror təşkilatı Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varanka qarşı sui-qəsd planlaşdırıb.

Axar.az xəbər verir ki, Diyarbəkirdə saxlanılan “Botan Zağroz” ləqəbli Məhməd Qırıq adlı terrorçunun mobil telefonunda nazirin fotosu tapılıb. Terrorçu ifadəsində naziri snayperlə qətlə yetirmək istədiklərini bildirib.

Bundan başqa, saxlanılan daha 2 terrorçu İstanbulda şəhidlərin dəfn mərasimlərində və insanların daha sıx toplaşdığı yerlərdə də terror aktı törətməyi planlaşdırdıqlarını söyləyiblər.