Qulamhüseyn Əlibəyli PA-da olub

Qulamhüseyn Əlibəyli PA-da olub backend

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin görüşü olub.

Bu barədə partiyadan Musavat.com-a verilən xəbərə görə, daha çox tanışlıq xarakteri daşıyan görüşdə iqtidarla müxalifət arasında siyasi dialoqun və ümummilli məsələlərdə əməkdaşlığın vacibliyi, ölkənin siyasi həyatında partiyaların rolu söhbətin əsas mövzuları olub.