Koronavirusa qarşı “erməni maskası”: Azərbaycan lavaşı indi də bu adla təbliğ edilir - FOTO

Koronavirusa qarşı “erməni maskası”: Azərbaycan lavaşı indi də bu adla təbliğ edilir - FOTO backend

Koronavirus təhülkəsinin bütün dünyada sürətlə yayıldğı bir zamanda işğalçı Ermənistan ümumbəşəri bəla fonunda belə öz yalan və təbliğatını davam etdirməkdədir.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, koronavirusun yaratdığı maska qıtlığı erməniləri hərəkətə keçirib. Belə ki, Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələrinə, eləcə də lavaşa iddia edən, onun ermənilərə məxsusluğu yalanını ortaya atan düşmən, öz yalanını “lavaş-maskalar” vasitəsi ilə təbliğ etməyə çalışır. Belə ki, lavaş-maska şəkillərini sosial şəbəkələrdə yayan erməni “ziyalıları”, bunu koronavirusa qarşı “erməni maskası” kimi təqdim etməkdədir.

Şübhəsiz, lavaşın maska funksiyasını yerinə yetirə bimədiyi həm bu təbliğatın təşkilatçılarına, həm də bu təbliğatın hədəfi olan insanlara yaxşı məlumdur. Müqəddəs nemət olan lavaşın bu formada təbliğinin qeyri-etik və qeyri-əxlaqi olduğu da şübhəsizdir. Burada məqsəd, lavaşın ermənilərə məxsusluğu ideyasını bir kəs daha şüurlara yeritmək, bunu müxtəlif fotolar vasitəsi ilə möhkəmlənməkdir.

Məlumat üçün qeyd edək ki, lavaş UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib və onun Azərbaycana məxsusluğu təsdiqlənib. Lakin görünən odur ki, bu gerçək belə ermənilərin lavaşla bağlı iddiları qarşısında sədd çəkməyib.
Diaspora