İqbal Ağazadə ilə Rauf Arifoğluna yeni rəqib gəlir - Keçmiş deputat...

İqbal Ağazadə ilə Rauf Arifoğluna yeni rəqib gəlir - Keçmiş deputat... backend

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Araz Əlizadə təkrar seçkilərə qatılmağı düşünür.

Bu barədə Modern.az-a Araz Əlizadə özü məlumat verib. O, qeyd edib ki, səhhəti imkan verdiyi təqdirdə təkrar seçkilərdə iştirak edəcək:

“Hələlik qəti bir qərarım yoxdur. Sağlamlığım imkan verərsə, seçkilərə qatılacağam. 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olmağı düşünürəm”.

Qeyd edək ki, A. Əlizadə V Çağırış Milli Məclisdə də 35 saylı Xətai üçüncü seçki dairəsini təmsil edib.