Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə “Bakı-2015 Birinci Avropa Oyunlarına dəstək” aksiyası keçirilib. Nazirlikdən QAZİLER.AZ-a verilən məlumata görə, bu gün Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbinin tələbələrinin iştirakı ilə idman qaçışı təşkil edilib.
Aksiyanın məqsədi “Bakı-2015 Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm sahələrində təbliğat işinin gücləndirilməsi ilə bağlı” Tədbirlər Planının icrası, habelə fəal tələbələrin potensialının səfərbər olunması və keçiriləcək tədbirə geniş ictimai diqqətinin cəlb etməkdir.“Bakı-2015 Birinci Avropa Oyunlarına dəstək” aksiyasının rəsmi açılış mərasimi Azərbaycan Turizm və Menecment Universitetində olduğundan sonra tədbir Bakı bulvarında davam edib. Aksiya Azərbaycan Xalça Muzeyində tamamlanıb.