“Qarabağ qaziləri” birliyinin sədri Asəf Əliyevin ad günüdür - TƏBRİK

“Qarabağ qaziləri” birliyinin sədri Asəf Əliyevin ad günüdür - TƏBRİK backend

Bu gün “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyevin doğum günüdür

Qaziler.az xəbər verir ki, “Qarabağ qaziləri” birliyinin üzvləri sədri ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzu edir.

Qarabağ qazisi Asəf Əliyevin ən böyük arzusu qazilərin birliyinə, həmrəyliyinə həmişə nail olmaq, onların problemlərinin həllidir. Ən ümdə arzusu isə Qarabağın azadlığını görməkdir.

“İnşallah, arzularına çatasan, qardaş“.

Əliyev Asəf Kərim oğlu 1965-cü ildə, fevral ayının 29-da Ağdam rayonunun Paprəvənd kəndində anadan olub.

1983-85 - ci illərdə sovet ordusu sıralarında Monqolustan Xalq Respublikasında hərbi xidmətdə olub.

1990-1994 - cü illərdə Qarabağda erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib. Əsasən Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin batalyonunda döyüşüb. Ağdərə istiqamətində aparılan döyüşlərdə müxtəlif vaxtlarda üç dəfə yaralanıb, 2-ci qrup Qarabağ əlilildir.

1992-ci ildə yaradılan Qarabağ Əlillər Cəmiyyətinin idarə heyətinin üzvü olub, 2001-ci ildən yaradılan “Qarabağ qaziləri” ictimai birliyinin idarə heyətinin üzvüdür.

2-ci qrup Qarabağ qazisi Asəf Əliyev “Qarabağ qaziləri” ictimai birliyinin sədridir.

Xatırladaq ki, fevralın 29-da doğulan adamlar doğum günlərini dörd ildən bir qeyd edirlər. Hazırda statistikaya görə 4 milyon insan doğum gününü fevralın 29-u qeyd etməli olur. Bu, dünya əhalisinin 0,069 faizini təşkil edir.