Azərbaycan koronavirus olan ölkələrin siyahısına daxil edildi – Vizaların verilməsi dayandırıldı

Azərbaycan koronavirus olan ölkələrin siyahısına daxil edildi – Vizaların verilməsi dayandırıldı backend

Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

Oxu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, siyahıda Azərbaycandan başqa, Çin, İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Qazaxıstan, Özbəkistan, Somali və Vyetnamın da adı var.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Məkkədə Ümrə (kiçik həcc) yerinə yetirmək və Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək məqsədilə ölkəyə girişin müvəqqəti olaraq dayandırılması barədə qərarını açıqlamışdı.