İyunun 8-də ATƏT-in Azərbaycandakı Layihə Koordinatorluğu ilə bağlı məsələnin müzakirəsi üçün ATƏT Daimi Şurasının xüsusi iclası keçirilib.
QAZİLER.AZ APA-nın ABŞ-ın ATƏT-dəki missiyasının saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel Bayer ötən cümə günü Baş Katiblikdən Azərbaycanın Layihə Koordinatorunun işi ilə bağlı Anlaşma Memorandumundan imzasını geri götürmək barədə xəbərdarlıq etdiyini öyrəndiyini bildirib.
"Bu, çox məyusedicidir, bunu başqa cür ifadə etmək mümkün deyil. Lakin bunu xatırlamaq mühümdür ki, Layihə Koordinatoru 57 üzv dövlətin razılaşdığı siyasi mandatla fəaliyyət göstərir. Onu yalnız konsensus qərarla ləğv etmək olar. Mandat 2015-ci ilin sonunda başa çatır. Ofis fəaliyyətini davam etdirməlidir”- deyə, səfir bildirib.