Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür

Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür backend

Bu gün tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür.

Qanunla.az xəbər verir ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub.

Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən vəfat etdiyi günə kimi mətbuatda çalışıb. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində işləyib. Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub. Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən vəfat edib.Mərhumun bir oğul övladı yadigar qalıb.

Allah rəhmət eləsin...