MSK bu gün daha 25 məntəqənin nəticələrini LƏĞV ETDİ

MSK bu gün daha 25 məntəqənin nəticələrini LƏĞV ETDİ backend

MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız sayıb.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Trend-in məlumatına görə, həmin dairədən deputatlığa namizəd Əzizağa Süleymanov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, geniş araşdırma zamanı iddia edilən pozuntular öz təsdiqini tapmayıb. Buna görə də R.İbrahimov namizədin şikayətinin təmin edilməməsi və dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə qərar verilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Tamam Cəfərovadır.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Gülməmməd Abdullazadə MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 34 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. Q.Orucov həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən daxil olan müraciətdə seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular 9 seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Daxil olan müraciətdə seçki günü həmin dairədə qanun pozuntularına yol verildiyini bildirilib.

MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 24 və 26 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

MSK üzvü Tofiq Həsənov deyib ki, komissiya tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 4 və 6 saylı seçki məntəqələndə öz əksini tapıb. T.Həsənov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 19 saylı Nərimanov Birinci Seçki Dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

MSK üzvü İlham Məmmədov bildirib ki, komissiya tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələrində öz əksini tapıb. İ.Məmmədov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

MSK lider namizədin müraciətini təmin etməyib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 16 saylı Yasamal İkinci Seçki Dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb.

Həmin dairədən lider namzəd Erkin Qədirli MSK-ya müraciət edərək dairə üzrə 8 (1, 4, 11, 13, 21, 27, 28, 29) məntəqədə səsvermənin nəticələrinin düzgün hesablanmadığını iddia edib.

MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və müraciətin əsassız olduğu məyyən edilib. A.Muxtarova müraciətin təmin edilməməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 31 saylı Suraxanı İkinci Seçki Dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb.

Həmin dairə ilə bağlı daxil olan müraciətdə səsvermə günü qanun pozuntularının olduğu iddia edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və qeyd olunan iddialar yalnız 13 və 26 saylı seçki məntəqələrində təsdiqini tapıb. A.Muxtarova həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.