Bakıda öldürülən polisin FOTOLARI

Bakıda öldürülən polisin FOTOLARI backend

Xəbər verdiyimiz kimi, Bakıda polis əməkdaşı qətlə yetirilib.

Fevralın 24-ü axşam saatlarında Nərimanov rayonunda Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Anar Ramazanov birgə yaşadığı mənzildə 28 yaşlı qardaşı Araz tərəfindən öldürülüb.

Məlumata görə, Araz qardaşını aralarında yaranmış mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb. Araz Ramazanov şübhəli şəxs qismində saxlanılıb, istintaq davam etdirilir.

A.Ramazanov bölmədə sürücü işləyirmiş.

Criminal.az qətlə yetirilən polisin fotolarını təqdim edir:
Diaspora