Anım günü ilə əlaqədar tədbir keçirildi

Anım günü ilə əlaqədar tədbir keçirildi backend

Fevralın 25-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda 26 Fevral - XOCALI SOYQIRIMININ ANIM GÜNÜ ilə əlaqədar olaraq tədbir keçirildi.

Tədbirdə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri ŞƏMİSTAN ƏLİZAMANLI iştirak etdi.

Tədbiri açan RMİ-nin direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış üçün sözü Şəmistan Əlizamanlıya verdi. Ş.Əlizamanlı Xocalı faciəsi ilə bağlı ətraflı çıxış etdi. O, öz çıxışında bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı törətdilər. Həmin hadisədə şücaətlə döyüşüb şəhid olan qəhrəmanların xidmətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xocalı soyqırımı faciə olsa da, ancaq bu faciənin içərisində bir qəhrəmanlıq notlarının olduğunu deyən Ş.Əlizamanlı bildirdi ki, həmin qəhrəmanlıq notlarından da istifadə etməklə bu sahədə dünyanın tanınmış rejissorlarını dəvət edərək sənədli-bədii filmin çəkilməsi yaxşı oalrdı.

Sonra Şəmistan Əlizamanlı tədbir iştirakçılarının Xocalı faciəsi ilə bağlı suallarını cavablandırdı.

Tədbirin sonunda RMİ-nin direktoru, professor Misir Mərdanov və institutun Həmkarlar İttifaqının sədri, dosent İradə Mirzəzadə dəvətlərini qəbul edib gəldiyinə görə Şəmistan Əlizamanliya təşəkkür etdilər.
Diaspora