AzTV-də kadr dəyişikliyi: gənc aparıcı müavin təyin olundu

AzTV-də kadr dəyişikliyi: gənc aparıcı müavin təyin olundu backend

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

"Report"un məlumatına görə, Elsevər Dünyamalıyev vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Report"a məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Həmzəyev buna qədər AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısı idi.