Bakıda ər-arvad dəm qazından boğularaq öldü

Bakıda ər-arvad dəm qazından boğularaq öldü backend

Bakıda iki nəfər dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar - 1960-cı il təvəllüdlü Qulamov Bəşir Əbülfəz oğlu və 1982-ci il təvəllüdlü (M.Z) dəm qazından boğularaq ölüblər.

Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar.

Faktla bağlı araşdırma aparılır.